Press "Enter" to skip to content

Azərbaycan gimnastları Vətənə qayıdıb

Azərbaycan gimnastları Vətənə qayıdıb

BAYRAQDAR MEDİA – Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış edən akrobatika gimnastikası üzrə kişi cütlük – Murad RəfiyevDaniel Abbasov, eləcə də tamblinq üzrə təmsilçi Tofiq Əliyev gümüş medalla Vətənə dönüblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “azərbaycanlı gimnastları hava limanında federasiya nümayəndələri, gənc gimnastlar və ailə üzvləri tərəfindən qarşılanıblar. Qeyd edək ki, yarışda T.Əliyev tamblinq növündə ilk dəfə çətin element olan havada üçlü salto və üçlü vint hərəkətini uğurla icra edib”.

Mission News Theme by Compete Themes.