BAYRAQDAR MEDİA – Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış edən akrobatika gimnastikası üzrə kişi cütlük – Murad Rəfiyev və Daniel Abbasov, eləcə də tamblinq üzrə təmsilçi Tofiq Əliyev gümüş medalla Vətənə dönüblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “azərbaycanlı gimnastları hava limanında federasiya nümayəndələri, gənc gimnastlar və ailə üzvləri tərəfindən qarşılanıblar. Qeyd edək ki, yarışda T.Əliyev tamblinq növündə ilk dəfə çətin element olan havada üçlü salto və üçlü vint hərəkətini uğurla icra edib”.





