Press "Enter" to skip to content

Qəbələdə boks hakimləri üçün seminar

Qəbələdə boks hakimləri üçün seminar

BAYRAQDAR MEDİA– Azərbaycanın boks hakimlərinin növbəti seminarı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə qeyd edilir ki, ABF-in təşkilatçılığı ilə təşkil olunan təlimlər Qəbələdə baş tutub. Heydər Əliyev Mərkəzində keçirilən seminarda ABF-in baş katibi Nağı Səfərov, Şəki−Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan N.Səfərov bildirib ki, ABF-in əsas istiqamətlərindən biri hakimlərin yetişməsi, ulduzlarının sayının artırılması və Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil etməsidir. Onun sözlərinə görə, bununla bağlı hər il müxtəlif təlimlər keçirilir, gənclərin hakimliyə cəlb edilməsi üçün lazımı addımlar atılır”.

Sonra xəbərdə, “ardınca ABF-in Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev seminarın gündəliyi barədə məlumat verib. Professor, beynəlxalq dərəcəli hakim Qalib Əbiyev isə tətbiq olunacaq yeni qaydaları izah edib, lazımı tövsiyələrini verib” deyə bildirilir.

Yekunda hakimlərin sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.