Press "Enter" to skip to content

Azərbaycan millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək

Azərbaycan millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək

BAYRAQAR MEDİA – Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan yığması təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev Etibar Abdullayev heyətə Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevi (+90 kq) cəlb ediblər. Komanda Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq. Toplanış avqustun 29-da yekunlaşacaq”.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.

Mission News Theme by Compete Themes.