Press "Enter" to skip to content

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri

BAYRAQDAR MEDİA – Avqustun 25-dən 28-dək Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “turnir GİN, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edəcək”.

Mission News Theme by Compete Themes.