BAYRAQDAR MEDİA – AK Parti Çanakkale rəhbərliyi gənclik və idman naziri Dr. Osman Aşkın Bakla görüşüb. Görüşdə şəhərdə həyata keçirilən layihələr müzakirə olunub və nazir Çanaqqaledə həvəskar futbol klublarının istifadəsi üçün yeni idman kompleksinin tikintisi barədə göstəriş verib.
Bu barədə canakkalehaber.com saytı məlumat yayıb.
Məlumata görə, görüşdə AK Parti Çanakkle İl rəhbəri Ömer Faruk Göktürk, Təşkilat rəhbəri Zeyyat Volkan Bayram, Yerli İdarələr rəhbəri Hakan Çətin iştirak ediblər: “Nazir bildirib ki, Çanakkaledə həvəskar futbol klublarına xidmət edəcək bu yeni kompleks üçün işlər yaxın zamanda başlayacaq. Kompleks yeni məhkəmə binasının arxasında inşa ediləcək və futbol meydançası, kafeterya, qapalı zal və inzibati binalardan ibarət olacaq. Bu obyekt Çanaqqaledəki həvəskar klubların məşq meydançası çatışmazlığını əhəmiyyətli dərəcədə aradan qaldıracaq”.





