Press "Enter" to skip to content

Ukrayna-Azərbaycan oyununun yeri dəyişdirilib

Ukrayna-Azərbaycan oyununun yeri dəyişdirilib

BAYRAQDAR MEDİA – Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) daxil olub.

Xəbərdə bildirilir ki, “UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq”.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

Mission News Theme by Compete Themes.