BAYRAQDAR MEDİA – Iğdır Gənclik və İdman İl Müdürlüğünün (GSB) həyata keçirdiyi “Üzməyi bilməyən qalmasın” və “7-dən 70-ə hər kəs üzməyi öyrənsin” layihələri dənizə çıxışı olmayan Iğdırda böyük maraqla qarşılanıb. İdarəyə məxsus iki hovuzda keçirilən kurslar sayəsində son illərdə təxminən 30 min nəfər üzmə bacarığı qazanıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə. Gənclik və İdman Müdürlüyü İdman Xidmətləri müdiri Savaş Kaya bildirib ki, layihələrin əsas məqsədi uşaqları isti yay günlərində küçələrdən uzaq tutaraq idmana yönəltməkdir:“Buradakı məqsədimiz odur ki, uşaqlarımız bu isti günlərdə küçələrdə boş gəzməsinlər, gəlib üzsünlər və pis vərdişlərdən uzaq qalsınlar”.
Üzmə məşqçisi və xilasedici Ulaş Öztürk isə deyib ki, layihələr sayəsində xüsusilə dezavantajlı bölgələrdəki uşaqlara üzmə öyrədilir və bunun nəticəsində çay və kanallarda baş verən boğulma hadisələrinin azaldığı müşahidə olunur. O əlavə edib ki, 2017-ci ildə açılan ilk hovuzdan sonra Iğdır əhalisinin üzməyə marağı xeyli artıb və kurslar böyük davamlılıqla həyata keçirilir.





