BAYRAQDAR MEDİA – Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıb. Badmintonçular turnirdə ümumilikdə 7 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar”.
Qeyd edək ki, badmintonçular ənənəvi olaraq Batumidə keçirilən “Youth International” turnirində ötən il 5-i, 5-i gümüş və 6-ı bürünc olmaqla 16 medal qazanıblar.





