BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Fedeasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-dan daxil olub.
Xəbərdə qeyd olunur ki, “UEFA-dan təyin olunan qonaq Dani Rizer tərəfindən keçirilən kursda liderlik və məşq fəlsəfəsi mövzusunda müzakirələr aparılıb. Dani Rizerlə yanaşı, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovun rəhbərliyi ilə təşkil olunan kursa avqustun 28-də yekun vurulacaq”.





