Press "Enter" to skip to content

Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başlayıb

Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başlayıb

BAYRAQDAR MEDİA – Avqustun 28-də Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir. Turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar. Avqustun 28-də iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar. Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək. Final mərhələsi isə avqustun 30-da olacaq. Həmin gün çempionatın qalibləri müəyyən olunaraq mükafatlandırma mərasimi keçiriləcək”.

Mission News Theme by Compete Themes.