BAYRAQDAR MEDİA – Gürcüstanın Dmanisi rayonunda bu ölkədə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə Yay Düşərgəsi təşkil olunub. Düşərgədə Marneuli, Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco və Dmanisidəyaşayan 25 gənc iştirak edib. Düşərgənin proqramına Azərbaycan dili dərsləri, əyləncəli, intellektual oyun və yarışlar, müxtəlif istiqamətli təlimlər daxil olub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komtəsindən məlumat verilib.
Məlumata görə, düşərgənin 1-ci günündə iştirakçılar Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
“Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov gənclər qarşısında çıxış edərəkdüşərgənin əhəmiyyəti barədə danışıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sabit Məmmədov Gürcüstanda yaşayan gənclərimizin inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Düşərgə iştirakçıları Ülkər Məmmədova, Cavan Nəbiyev və Həmayıl İbrahimova yerli mətbuata müsahibələrində düşərgənin onlar üçün yeni dostluqlar qurmaq, faydalı biliklər qazanmaq, tarixi məlumatlarla tanış olmaq və təcrübə əldə etmək baxımındanxüsusi əhəmiyyət daşıdığını bildiriblər.
Yay Düşərgəsi işini yekunlaşdırıb və sonda gənclərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçlığı ilə reallaşıb.





