Press "Enter" to skip to content

QHT layihənin Bakı üzrə bağlanış tədbirini keçirib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – “Cığır” MDİD İB tərəfindən həyata keçirilən “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin Bakı üzrə bağlanış tədbiri olub.

Birliyin konfrans zalında keçirilən tədbirdə layihə üzrə qarşıya qoyulan məqsədlər, nəticələr, bu yolda qarşılaşdığımız çətinliklər, həlli yolları müzakirə edilib. Mütaliə rəhbərləri eyni zamanda çıxış edərək səmimi müşahidə və duyğularını paylaşıblar. Uşaqlar qonaqlara “Balaca şahzadə” kitabının önəmini vurğulayan interaktiv təqdimat həyata keçirərək hər birimizi bir daha mütaliənin fayda ve əhəmiyyəti haqqında məlumatlandırıblar.

Hər bir uşağa xatirə hədiyyələr-kitablar təqdim edilib. Müsabiqə əsasında seçilmiş qaliblərə sertifikatlar verilib. Sonda isə layihə çərçivəsində “Salam yurdu” təlim tədris mərkəzinin daxilində yaradılan kitabxana ilə tanışlıq həyata keçirələrək uşaqların kitabxanadan faydalanması üçün şərait yaradılıb.

Layihənin icra olunmasında dəstək verdiyi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edilib.

Mission News Theme by Compete Themes.