Press "Enter" to skip to content

Azərbaycan millisi dünya çempionatına 11 boksçu ilə qatılacaq

Azərbaycan millisi dünya çempionatına 11 boksçu ilə qatılacaq

BAYRAQDAR MEDİA – Sentyabrın 4-də World Boxing-in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatı başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə bildirilir ki, “İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq. Kişi boksçulardan ibarət Azərbaycan komandası mundialda tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman AbdullayevEtibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər”.

Sonra xəbərdə, “qadınların mübarizəsində isə Azərbaycan 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) rinqə çıxacaq. Sentyabrın 2-də Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq. Qeyd edək ki, dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Yarışda 60-dan çox ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.