Press "Enter" to skip to content

Avarçəkmə üzrə Azərbaycan çempionatı yekunlaşıb

Avarçəkmə üzrə Azərbaycan çempionatı yekunlaşıb

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda Azərbaycanda keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar”.

Xatırladaq ki, MDB Oyunlarında avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.

Mission News Theme by Compete Themes.