Press "Enter" to skip to content

Mükafatlar sentyabrın 26-da təqdim olunacaq

BAYRAQDAR MEDİA – “Dildə, Fikirdə, İşdə Birlik” Türk Dünyası Ədəbiyyat Mükafatları növbəti qaliblərinə təqdim olunacaq.

Bu barədə Kırm Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dil Qurumunun (TDK) birgə təşkilatçılığı ilə 2022-ci ildən etibarən təqdim edilən mükafat öz adını Krım tatar siyasətçisi, mütəfəkkir, yazıçı, müəllim və nəşriyyatçı İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarından alıb: “Dil Bayramının 93-cü ildönümündə – 2025-ci il sentyabrın 26-da keçiriləcək mükafatlandırma mərasimində türk dünyasının yazıçı və ədibləri bir araya gələcək. Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun Bilkend kampusunda təşkil olunacaq mərasimdə TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım və Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun sədri professor Derya Örs iştirak edəcək. Türkiyədən və digər türk dövlətlərindən TDK Elmi Şurası üzvləri və TDK-nın əlaqəli alimləri tərəfindən qiymətləndirilmiş namizədlərə mükafatlar təqdim olunacaq”.

Məlumata əsasən, “Dildə, Fikirdə, İşdə Birlik” Türk Dünyası Ədəbiyyat Mükafatlarının Azərbaycan¬dan professor Zahid Xəlilə, Qazaxıstandan Saule Dojjana, Qırğızıstandan professor Sulayman Rısbayevə, Kuzey Kıbrıs Türk Cümhuriyyətindən Şirin Zafər¬yıldızı Zaimoğluna və Özbəkistandan Miraziz Azama təqdim edilməsi qərara alınıb.

Mission News Theme by Compete Themes.