Yılmaz Kuşkaydan Erzurum tarixinə ışıq tutan bir əsər
BAYRAQDAR MEDİA – Tədqiqatçı-yazar, iş adamı Sıtkı Yılmaz Kuşkay, 1878-ci ildə Erzurumu işğal edən Rus Hərbi Valisi, Tümgeneral Sergey Mihailoviç Duhovsky və həyat yoldaşı Prenses Varvara Duhovskayanın (Galitzine) xatirələrini kitablaşdırıb. “Erzurumda Rus İşgali” adlı əsər, şəhərin yaddaşında gizli qalmış hadisələri gün üzünə çıxarır.
Bu barədə gazetepusula.net saytı məlumt yayıb.
Məlumata görə, Erzurum Ticarət və Sənaye Ocağının əvvəlki sədrlərindən olan Kuşkay, tarix araşdırmalarına yeni bir hissə əlavə edib: “Dergâh Yayınları tərəfindən nəşr olunan “Erzurumda Rus İşgali” əsəri, 1877-1878 Osmanlı-Rus müharibəsi sonrası Erzurumda təxminən yeddi ay davam edən rus işğalını, dönəmin hərbi valisi Sergey Duhovsky və həyat yoldaşı Prenses Galitzinenin xatirələri əsasında izah edir”.
S.Y.Kuşkay kitabın ön sözündə qeyd edir: “Yeddi ay davam edən Erzurum işğalı zamanı xidmət edən Sergey Duhovsky və həyat yoldaşı Prenses Galitzine, müharibədən dərhal sonra Sankt-Peterburqda xatirələrini nəşr etdirdilər. Bu şahidliklər Erzurum tarixinin məlum olmayan, kölgədə qalmış hadisələrini işıqlandırır.”
Məlumata əsasən, əvvəlki “Erzurumda İngilis Konsolosu Everett’e Erməni Suikasti” və “Qafqazda Rus Yayılmacılığı” əsərlərinin müəllifi Kuşkay, yeni kitabının həm də şəxsi bir yön daşıdığını vurğulayaraq bildirir: “Ən az əlli illik bilik və zəhmətin məhsulu olan bu işi türk oxucusu ilə paylaşmaq mənim üçün sevincdir. Erzurumun işğal günlərində baş verənləri, Prenses Galitzine və Sergey Duhovskynin şahidliyi ilə çatdırmaq həm tariximizə, həm də yaddaşımıza xidmətdir.”
“Erzurumda Rus İşgali” yalnız akademik bir mənbə deyil, həm də şəhərin keçmişini insani, sosial və mədəni tərəfləri ilə əks etdirən diqqətəlayiq bir əsərdir. Kitab, tarixə açılan Erzurum pəncərəsi rolunu daşıyır.





