BAYRAQDAR MEDİA – İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında yarımfinalçıların adlarına aydınlıq gətirilib. Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycanlı boksçu yarımfinala gedən yolda Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. S.Cəfərov rəqibi üzərində 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində o, özü üçün azı bürünc medalı da təmin edib. S.Cəfərov yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün A.Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq”.
Qeyd edək ki, dünya çempionatında sentyabrın 11-i istirahətdir. Mundiala sentyabrın 14-də yekun vurulacaq.





