BAYRAQDAR MEDİA – Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) daxil olub.
Xəbərdə deyilir ki, “B Liqasının A qrupunda yer alan Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində baş tutan görüş Azərbaycan komandasının 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.





