BAYRAQDAR MEDİA – Stolüstü tennisçilər sentyabrın 15-də Türkiyəyə yollanıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “seçmə komandanın üzvləri Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər”.
Bildirək ki, sabah başlayacaq beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.





