BAYRAQDAR MEDİA – III MDB Oyunlarında Azərbaycanı 6 stolüstü tennisçi təmsil edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək. İdmançılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə mübarizə aparacaqlar”.
Qeyd edək ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışları sentyabrın 26-dan 29-dək keçiriləcək.





