Son yeniləmə: 17 Sentyabr 2025
BAYRAQDAR MEDİA – Yeniyetmə stolüstü tennisçilər Gürcüstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “seçmə komandanın üzvləri Sofiya Trofimenko, Mehin Mirzəbalayeva, Xədicə Babazadə, Yasəmən Həbibova, Mehri Aslanzadə, Zərbah Muradov, Vaqif Babayev, Mirilkin Yusubov, Əliəkbər Mirzəliyev və Cəfər Almədədli məşqçilər Elnur Hidayətzadə və Billurə Eminovanın rəhbərliyi ilə Batumidə keçiriləcək “WTT Youth Contender” turnirində mübarizə aparacaqlar”.
Qeyd edək ki, sabah başlayacaq yarışa sentyabrın 21-də yekun vurulacaq.





