BAYRAQDAR MEDİA – Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri 20-21 sentyabr tarixlərində Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində uğurla çıxış edərək 1 qızıl və 2 bürünc medal qazanıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan komandasının üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millinin üzvləri Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib çıxıblar”.





