Son yeniləmə: 26 Sentyabr 2025
Dünya Alpagut Federasiyası növbəti qurultaya hazırlaşır
BAYRAQDAR MEDİA – Dünya Alpagut Federasiyasının İdarə Heyəti, Federasiyanın idarə etmə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə növbədənkənar qurultay keçirmək qərarına gəlib. Bu qərar, federasiyanın strateji inkişafını dəstəkləmək və Alpagut təsisatı çərçivəsində fəaliyyətlərin daha səmərəli həyata keçirilməsini təmin etmək üçün atılan mühüm bir addımdır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Federasiyadan məlumat verilib.
Məlumatda deyilir ki, növbəti qurultaya qədər Dünya Alpagut Federasiyasının prezidenti vəzifəsini Emil Rəhimov icra edəcək. Eyni zamanda dünyanln müxtılif yerlərindən olan şəxslərin daxil olduğu yeni İcra Komitəsi müəyyən edilib. Növbəti qurultayın vaxtı yaxın günlərdə elan ediləcəkdir.
Məlumatda həmçinin “Dünya Alpagut Federasiyası, Alpagutun beynəlxalq aləmdə tanıdılması və inkişaf etdirilməsi məqsədini güdür. Məqsəd, Alpagutun müasir dövrdəki yerini daha da möhkəmlətmək üçün əzmkar bir iş aparmağa hesablanıb. Əlavə məlumat üçün, bizə office@alpagutfederation.org və ya telefonla +994 50 250 9868 əlaqə saxlaya bilərsiniz” deyə bildirilib.





