BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri arasında keçirilən badminton yarışının final mərhələsi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “müəssisədə yaşayan 20 nəfər uşağın cəlb olunduğu yarışların məşq prosesləri yay tətili müddətində həftədə 2 dəfə təşkil edilib. Növbəti mərhələdə isə məşğələlərdə fəallığı ilə seçilən 10 uşaq final yarışında mübarizə aparıb. Yarış uşaqlar arasında sağlam həyat tərzinin aşılanması, idmana marağın artırılması, eləcə də dostluq və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi məqsədi daşıyır”.
Ardınca xəbərdə, “Agentliyin Paralimpiya İdman Kompleksində təşkil edilən final yarışının sonunda qaliblər mükafalandırılıb. Tədbir əyləncəli proqram ilə davam edib” deyə qeyd edilir.









