BAYRAQDAR MEDİA – Yaxın günlərdə ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən QHT-lər üçün birgə müsabiqə elan ediləcək.
Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.
Məlumata görə, müsabiqənin əsas tərəfdaşı qismində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edəcək.
Ülviyyə Qarayeva deyib ki, müsabiqədə spesifik istiqamətdə – minadan zərərçəkən minatəmizləyənlərin mina və PHS (partlamamış hərbi sursatlar) barədə maarifləndirmə prosesinə fəal şəkildə cəlb edilməsinə dair layihələr qəbul ediləcək.





