BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəspor klubunun paraoxçusu Abdullah Yorulmaz, 22–28 sentyabr 2025-ci il tarixlərində Güney Koreyanın Gvanju şəhərində keçirilən Paralimpiya Oxçuluq Dünya Çempionatında Türkiyəni təmsil edəcək.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə, Denizlinin qüruru olan A.Yorulmaz, karyerasının ən həlledici yarışında medal uğrunda mübarizə aparacaq: “Şəhər və ölkə adına qürurverici nəticə qazanmağı hədəfləyən idmançı, milli coşqunu Gvanjudan vətəninə daşıyacaq”.
Denizli Böyükşəhər Bələdiyyə Başçısı Bülent Nuri Çavuşoğlu da yayımladığı təbrikdə belə deyib: “Belə mühüm bir yarışmada şəhərimizi və ölkəmizi təmsil edəcək idmançımız Abdullah Yorulmazı ürəkdən təbrik edir, ona və Milli Komandamıza Dünya Paralimpiya Çempionatında böyük uğurlar arzulayıram.”





