BAYRAQDAR MEDİA – Prezidentin 3 fevral 2025-ci il tarixli “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı çərçivəsində Mərkəzi Elmi Kitabxananın (MEK) Mübadilə fondunda olan çoxsaylı nəşr Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinə hədiyyə edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “təqdim olunan 26 adda 36 nüsxə nəşr musiqi məktəbi şagirdlərinin elmi biliklərinin, mədəni dünyagörüşlərinin və peşəkar inkişafının dəstəklənməsinə xidmət edəcək. Onların sırasında Üzeyir Hacıbəyli, Emin Sabitoğlu, Fikrət Əmirov, Süleyman Ələsgərov, Cövdət Hacıyev kimi dahi bəstəkarların operaları, simfoniyaları, fortepiano əsərləri, eləcə də “Azərbaycan muğam ensiklopediyası”, “Azərbaycan incəsənət tarixi” üç cilddə və digərləri yer alıb”.





