Press "Enter" to skip to content

“Gəncənin şahmat ulduzları” yoldaşlıq matçı

“Gəncənin şahmat ulduzları” yoldaşlıq matçı

BAYRAQDAR MEDİA – Gəncədə III MDB Oyunlarına dəstək məqsədilə Azərbaycan Şahmat Federasiyası Gənclər və İdman Nazirliyi (GİN) və Gəncə Şəhər İcra Hakimiyyəti dəstəyi ilə “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçı təşkil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Heydər Əliyev Park-Kompleksində baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıblar. Yoldaşlıq oyununda şahmatçılar hər komandada iki nəfər təmsil olunmaqla duet şəklində mübarizə aparıblar. İki partiyadan ibarət yarışda Ülviyyə FətəliyevaQədir Hüseynov dueti İlahə QədimovaVüqar Rəsulov cütlüyünə qalib gəlib 1,5:0,5”.

Yoldaşlıq matçından sonra şahmat ulduzları, eləcə də qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvləri Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçiriblər.

Mission News Theme by Compete Themes.