BAYRAQDAR MEDİA – Karsda çəkilmiş “Kulyas 2: Zikr-i Ayin” filmi xüsusi nümayişlə tamaşaçılara təqdim edilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, rejissorluğunu Yunus Şevikin etdiyi, aktyor heyətində Ayşə Ekinci, Can Kat, Ozan Kaya, Derin İzlem Karahan və Beste İdil Çağraşanın yer aldığı filmin nümayişində aktyorlar və yaradıcı heyət də tamaşaçılarla görüşüb: “Nümayişdən sonra aktyorlarla şəkil çəkdirmək istəyən tamaşaçılar zalda uzun növbələr yaradıblar. Film yalnız mövzusu ilə deyil, çəkildiyi məkanlarla da diqqət çəkib. Çəkilişlərin tamamilə Qarsda aparılması, bölgənin tarixi abidələrinin və təbii gözəlliklərinin ön plana çıxarılması ilə tamaşaçılara fərqli bir qorxu təcrübəsi yaşatmağı hədəfləyib. Əsər, ənənəvi Anadolu inancları ilə qorxu elementlərini birləşdirərək həm gərginlik dolu, həm də mədəni əsaslı bir kino təcrübəsi təqdim edir”.









