Press "Enter" to skip to content

Oğlanlardan ibarət secmə komanda MDB Oyunlarının finalında

Oğlanlardan ibarət secmə komanda MDB Oyunlarının finalında

BAYRAQDAR MEDİA – Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışları davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ilk yarış gününün ikinci sessiyasında mübarizəyə qatılan oğlanlardan ibarət Azərbaycan komandası yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Onur Quluzadə ilə Adil Əhmədzadənin inamlı qələbələri komandanı finala yüksəldib. İdmançılar sabah keçiriləcək final matçında Rusiya komandası ilə üz-üzə gələcəklər”.

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq – qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Mission News Theme by Compete Themes.