Press "Enter" to skip to content

Kütləvi Futbol Həftəsinə başlanılıb

Kütləvi Futbol Həftəsinə başlanılıb

BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı, UEFA və “EA Sports” şirkətinin dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Qax Olimpiya İdman Kompleksində 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-dan daxil olub.

Xəbərdə bildirilir ki, “100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı təqdim edib. UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Naxçıvanda keçiriləcək”.

Mission News Theme by Compete Themes.