Press "Enter" to skip to content

AŞF-in təşkilatçılığı ilə növbəti “ustad dərsi”

AŞF-in təşkilatçılığı ilə növbəti “ustad dərsi"

BAYRAQDAR MEDİA – Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsi” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AŞF-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu dəfə 14,16 və 18 yaşlılar arasında dünya çempionatında iştirak edəcək şahmatçılar üçqat Avropa çempionu, milli komandanın üzvü Rauf Məmmədovla görüşüb. Mötəbər yarışlara hazırlıq barədə danışan R.Məmmədov müxtəlif partiyaları təhlil edərək sonda şahmatçıların suallarına cavab verib”.

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. R.Məmmədov Azərbaycan millisinin heyətində yer alıb.

Mission News Theme by Compete Themes.