Press "Enter" to skip to content

Pedaqoji Universitet 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Rektor Cəfər Cəfərov universitetin stendi önündə

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçirilir. Sərgidə Azərbaycanın tanınmış ali məktəbləri, nəşriyyatlar, kitabın təbliği ilə məşğul olan qurumlar iştirak edirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinə direktoru Zinharə Həsənovanın BAYRAQDAR MEDİA-ya verdiyi məlumata görə, sözügedən ali təhsil ocağı da 11-ci Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Onun sözlərinə görə, məqsəd ADPU alimlərinin yazdıqları kitabları təbliğ etməkdir: “Bu əsərlər Azərbaycanın elmi-mədəni ictimaiyyəti üçün çox əhəmiyyətlidir”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də univeristetin stedni ilə tanış olub
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də univeristetin stedni ilə tanış olub

Mərkəzin direktro əlavə edib ki, universitetin stendində Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlər, professor-müəllim heyətinin müəllifləri olduqları monoqrafiya, dərslik, dərs vəsaitləri və tədqiqat əsərləri, həmçinin universitetin dövri-elmi nəşrləri də nümayiş etdirilir: “Sərgi iştirakçılarına universitetin keçdiyi tarixi yol haqqında da geniş məlumat veriləcək”.

ADPU-nun rektoru professor Cəfər Cəfərov 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin keçirildiyi Bakı Ekspo Mərkəzinə baş çəkərək rəhbərlik etdiyi universitetin stendi ilə tanış olub, əməkdaşlara öz tövsiyələrini verib.

Həmçinin, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də univeristetin stedni ilə tanış olub.

Mission News Theme by Compete Themes.