Press "Enter" to skip to content

Avropa çempionatının püşkatma mərasimi olacaq

Avropa çempionatının püşkatma mərasimi olacaq

BAYRAQDAR MEDİA – Oktyabrın 4-də Avropa çempionatının (EuroVolley 2026) püşkatma mərasimi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “EuroVolley 2026-nın biletləri isə bu il 7 noyabrda satışa çıxacaq. Qadın voleybolçuların Avropa çempionatı 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Geteborg (İsveç) şəhərlərində baş tutacaq”.

Sonra xəbərdə bildirilir ki, “püşkatma mərasimi şənbə günü Bari şəhərindəki məşhur Norman-Swabian Qalasında keçiriləcək. CEV-in “YouTube” kanalında canlı yayımlanacaq mərasimdə ulduz oyunçular və voleybol ailəsinin bir çox üzvü iştirak edəcək. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvü Elqar Bağırov və millinin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər”.

Mission News Theme by Compete Themes.