BAYRAQDAR MEDİA – Oktyabrın 3-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Açıq qapı” günü keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, ““Açıq qapı” günü saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir. Qeyd edək ki, MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir”.





