Press "Enter" to skip to content

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

BAYRAQDAR MEDİA – Azərbaycan boksçusu Sübhan Babayev U-19 Avropa çempionatına qələbə ilə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə deyilir ki, “60 kq çəkidə mübarizə aparan milli üzvü 1/8 finalda Luka Crnoqoraçı (Xorvatiya) mübarizədən kənarlaşdırıb. Boksçu rəqibini 3:1 (29:27, 28:27, 29:27, 28:28, 27:29) hesabı ilə məğlub edib. S.Babayev 1/4 finalda Simonas Puniskislə (Litva) üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq”.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

Mission News Theme by Compete Themes.