Press "Enter" to skip to content

Moda və musiqi eyni səhnədə birləşdi

Tədbirdən foto

BAYRAQDAR MEDİA -Süleyman Dəmirəl Universiteti Gözəl Sənətlər Fakültəsi Tekstil və Moda Dizaynı Bölümü tələbələrinin hazırladığı “Sözlərin sehrində rəqs edən parçalar” adlı tematik dəfilə keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, tədbir Ahmet Kaan Altuğun təqdim etdiyi violonçel dinletisi ilə başlayıb: “O, “Solo Violonçel üçün Partita”, “Bağlı Gözlər, Vida”, “Atam və Oğlum” filminin musiqiləri və “Çanaqqala Türküsü” əsərlərini ifa edib. Dəfilə Dr. Özgün Can və moda dizayneri Özlem Tümbekin kuratorluğu ilə səhnəyə daşınıb. Tələbələrin hazırladığı kolleksiya Şekspirin əsərlərindən və Elizabet dövründən ilhamlanaraq yaradılıb. 18 dizayndan ibarət kolleksiya dövrün zadəgan geyim üslubunu əks etdirən detalları ilə diqqət çəkib”.

Tədbirin sonunda GSF dekanı Prof. Dr. Mustafa Genç tərəfindən Ahmet Kaan Altuğa təşəkkürnamə təqdim olunub. Proqram toplu şəkil çəkilişi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.