Press "Enter" to skip to content

Nazir yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

Nazir yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

BAYRAQDAR MEDİA – Oktyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca idmançıların beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir idmançıları və onların məşqçilərini təbrik edib. Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər”.

Sonda F.Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.