Press "Enter" to skip to content

Peruda Qran-Pri turniri keçiriləcək

Peruda Qran-Pri turniri keçiriləcək

BAYRAQDAR MEDİA – Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən, 11–13 oktyabr tarixlərində Perunun paytaxtı Limada Qran-Pri turniri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) ilə təmsil olunacaq. Üç gün davam edəcək turnirdə 49 ölkədən 293 idmançı (172 kişi, 121 qadın) iştirak edəcək”.

Heyət daxildir:
Kişilər

-60 kq
Turan Bayramov
Əhməd Yusifov

-66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev

-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev

-81 kq
Vüsal Qələndərzadə
Ömər Rəcəbli

-90 kq
Vüqar Talıbov
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov

+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov

Qadınlar

-48 kq
Könül Əliyeva

-52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva

Mission News Theme by Compete Themes.