BAYRAQDAR MEDİA – Perunun paytaxtı Limada keçirilən Qran-pridə daha bir Azərbaycan cüdoçusu medal qazanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyiıir ki, “-81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc mükafata sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Mixaylo Svidraka qalib gəlib”.
Qeyd edək ki, daha əvvəl Ə.Yusifov (-60 kq) gümüş, Könül Əliyeva (-48 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi -66 kq) bürünc medal qazanıblar.





