Press "Enter" to skip to content

Denizli turzimi üçün əməkdaşlıq protokolu

İmzalanma mərasimi

BAYRAQDAR MEDİA – Denizli Ticarət Palatası (DTO) ilə Denizli İl Mədəniyyət və Turizm İdarəsi arasında, Güney Egey İnkişaf Agentliyinin (GEKA) 2025-ci il Texniki Dəstək Proqramı çərçivəsində həyata keçiriləcək “Denizli Gəzinti və Velosiped Yolları Araşdırması” layihəsi üçün əməkdaşlıq protokolu imzalanıb.

Bu barədə Denizli İl Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.

Məlumata görə, DTO sədri Uğur Erdoğan bildirib ki, layihə şəhərin alternativ turizm potensialını üzə çıxaracaq və turizm müxtəlifliyini artıracaq: “Layihə çərçivəsində hazırlanan Denizlinin turizm xəritəsində şəhərin bütün turistik nöqtələri qeyd və adlandırılıb. Xəritə pulsuz paylanacaq və üzərindəki QR kodlar vasitəsilə rəqəmsal mühitdə də istifadə edilə biləcək”.Məlumata görə, tədbirdə DTO sədri Uğur Erdoğan və İl Mədəniyyət və Turizm müdiri Hüdaverdi Otaklı iştirak edib. Protokol, Denizlinin mədəni, kənd və təbii dəyərlərinin gəzinti və velosiped marşrutları vasitəsilə turizmə qazandırılmasını, bu marşrutların rəqəmsal xəritələr və tanıtım materialları ilə milli və beynəlxalq platformalarda görünür edilməsini nəzərdə tutur.

H.Otaklı qeyd edib ki, “Denizli Ticarət Palatası ilə bu əməkdaşlıq dayanıqlı turizm istiqamətində mühüm addımdır və kənd turizminin inkişafına da töhfə verəcək.”

Mission News Theme by Compete Themes.