BAYRAQDAR MEDİA – Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən təşkil olunan iki günlük seminar və imtahanlarda ümumilikdə 80 məşqçi iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ABF-dən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir məşqçilik kateqoriyalarının verilməsi məqsədilə keçirilib. İmtahan nəticələrinin yoxlanılması prosesi davam edir. Uğurla nəticə göstərən iştirakçılara uyğun məşqçilik kateqoriyası yaxın günlərdə təqdim olunacaq”.





