Press "Enter" to skip to content

“Səbrin intiqamı” kitabı təqdim olunub

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – I və II Vətən müharibələrinin yenilməz döyüşçüsü Elsevər Hüseynovun qəhrəmanlıq yoluna həsr olunan “Səbrin intiqamı” kitabının təqdimat mərasimi təşkil edilib.

Bu barədə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, “tədbir Gəncliyə Yardım Fondunda adıçəkilən birliyin təşkilatçılığı ilə keçirilib. Təqdimat mərasimində ziyalılar, alimlər, jurnalistlər, E. Hüseynovun doğmaları, dostları və yurdsevərlər iştirak ediblər”.

Məlumaat görə,tədbirdə çıxış edənlər bildiriblər ki, “Səbrin intiqamı” kitabı təkcə E. Hüseynovun deyil, Vətən uğrunda döyüşən bütün igid oğullarımızın qəhrəmanlıq salnaməsidir: “Onlar bu əsərin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayacağını vurğulayıblar. Kitabın müəllifi Ötərxan Eltac “Səbrin intiqamı”nın qazi E. Hüseynovun 50 illik yubileyinə mənəvi töhfə olduğunu deyib”.

Mission News Theme by Compete Themes.