Aygün Əliyeva: 2026-cı il qrant müsabiqələrində də Prezidentin tövsiyəsinə uyğun olaraq bu istiqamətə xüsusi önəm veriləcək
BAYRAQDAR MEDİA – “QHT-lərin inkişaf və mübadilə proqramları uğurla davam edir. 6-cı inkişaf və mübadilə proqramı oktyabrın 18-19-da Şuşada uğurla yekunlaşıb”.
Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundakı çıxışı zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
Bildirilib ki, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn təşəbbüslərə dəstək məqsədilə bu günədək 100-dən çox layihə maliyyələşdirilib: “2026-cı il qrant müsabiqələrində də Prezidentin tövsiyəsinə uyğun olaraq bu istiqamətə xüsusi önəm veriləcək”.
Aygün Əliyevanın sözlərinə görə, “İctimai diplomatiya və QHT-lərin beynəlxalq fəaliyyətləri artıq öz effektini göstərir: “Bu, Azərbaycanın Zəfər dövründə QHT-lər vasitəsilə beynəlxalq tribunada layiqli təmsilçiliyini təmin edən mühüm amil kimi çıxış edir”.





