Press "Enter" to skip to content

“Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi

“Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi

BAYRAQDAR MEDİA – Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbir Nazirlik, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb. Açılış mərasimi Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin səfiri Birol Akgün və digər rəsmilər iştirak ediblər”.

Sonra xəbərdə, “tədbirin panel hissəsində tarixçi Firdovsiyyə Əhmədova Yusuf Kartal Çanaqqala döyüşlərinin tarixi və strateji əhəmiyyətindən bəhs ediblər. Daha sonra qonaqlar arxiv materiallarından ibarət “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisi və “Çanaqqala Döyüşləri” mobil muzeyi ilə tanış olublar. Sərgidə və mobil muzeydə döyüşlərin gedişini, əsgərlərin qəhrəmanlığını əks etdirən fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur. Ekspozisiya oktyabrın 25-dək ziyarətçilər üçün açıq olacaq” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.