Press "Enter" to skip to content

Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək

Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək

Son yeniləmə: 23 Oktyabr 2025

BAYRAQDAR MEDİA – 8–10 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb. Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək”.

Sonra xəbərdə, “heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbilə ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb. Təəssüf ki, təşkilatçılar tərəfindən tətbiq edilən kvota məhdudiyyətinə görə millimiz Oyunlarda tam heyətlə çıxış edə bilməyəcək. Cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar” deyə qeyd edilir.

Milli komandanın heyətinə daxildir:

Kişilər

-66 kq: Ruslan Paşayev

-73 kq: Hidayət Heydərov

-90 kq: Elcan Hacıyev

-100 kq: Zelim Kotsoyev

+100 kq: Uşanqi Kokauri

Qadınlar

-48 kq: Könül Əliyeva

-52 kq: Aydan Vəliyeva, Gültac Məmmədəliyeva

-57 kq: Fidan Əlizadə

-70 kq: Südabə Ağayeva, Aytac Qardaşxanlı

-78 kq: Günel Həsənli

Mission News Theme by Compete Themes.