Son yeniləmə: 24 Oktyabr 2025
BAYRAQDAR MEDİA – Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “azərbaycanlı paralimpiya çempionu İmaməddin Xəlilov 521.10 xalla 70 kq çəki dərəcəsində liderliyini davam etdirir. 58 kq çəki dərəcəsində Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov 329.65 xalla 4-cü pillədə qərarlaşıb. Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 31.25 xalla altı pillə irəliləyərək 22-ci sıraya yüksəlib, Orxan Cəfərov da (80 kq) səkkiz pillə irəliləyərək 42.64 xalla 22-ci pillədə yer alıb”.





