Press "Enter" to skip to content

Universitetdə bayram sərgisi

Sərgidən foto

BAYRAQDAR MEDİA – Türkiyənin Ege Universitetində Cümhuriyyətin 102-ci ildönümü münasibətilə “Cümhuriyyət və Atatürk Günləri” çərçivəsində “29 Ekim Cumhuriyet Bayramı Plastik Sanatlar Grup Sergisi” açılıb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, sərgi Ege Universitetinin İctimaiyyətlə Əlaqələr Fakültəsində təşkil olunub: “Açılışda fakültə dekanı professor Bilgehan Gültekin, müəllimlər, tələbələr və sənətsevərlər iştirak ediblər. Dokuz Eylul Universitetinin Təhsil Elmləri İnstitutunun müdiri professor Tuba Gültekin və fakültə müdir müavini dosent Yurdagül Kılıç Gündüzün kuratorluğu ilə təşkil olunan sərgidə “Qələbə”, “Respublika Bayramı”, “Cümhuriyyət” və “Atatürk” mövzulu əsərlər nümayiş etdirilib”.

Məlumatda deyilir ki, yağlı boya, akril, linol və ağac üzərində çap texnikası ilə işlənmiş əsərlərdə Cümhuriyyətin dəyərləri və Atatürk ideallarının incəsənət dili ilə ifadəsi təqdim olunub.

Mission News Theme by Compete Themes.