Press "Enter" to skip to content

İctimai xadimin biblioqrafik göstəricisi nəşr olunub

İctimai xadimin biblioqrafik göstəricisi nəşr olunub

BAYRAQDAR MEDİA – Azərbaycan ədəbiyyatı tarixinin əsas tədqiqatçılarından biri, görkəmli ədəbiyyatşünas, tənqidçi, pedaqoq, tərcüməçi və ictimai xadim akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə töhfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən alimin əsərlərinin biblioqrafik göstəricisi hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunmuş biblioqrafik göstəricinin elmi məsləhətçisi və Ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri isə Aqşin Dadaş-zadəTürkan Vahidovadır. Biblioqrafik göstərici, M.Dadaşzadənin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, elmi və digər əsərlərinin biblioqrafiyasını, həmçinin alim haqqında yazılmış mənbələri əhatə edir”.

Göstərici ədəbiyyatşünaslar, bu sahə üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edəki ki, nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.